Azərbaycanın tələbə sayına görə ən çox universitetə qəbul göstəricisinə malik rayonu Lənkəran rayonudur.
Sherg.az xəbər verir ki, Lənkəran rayonunda 1606 nəfər abituriyent tələbə adını qazanmaq üçün imtahanlarda iştirak edib.
Onlardan 769 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Fizika, kimya və biologiya fənləri üzrə nəticələr respublika üzrə orta göstəricidən yüksək olub.
Rayon üzrə 147 nəfər 500 baldan, 49 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.
Balıqçılar qəsəbəsi, Feodo kəndi və Molaja kəndlərindən isə bir nəfər belə ali məktəbə qəbul olunmayıb.
Respublika üzrə ən yaxşı məktəblər siyahısına rayonun 6 nömrəli tam orta məktəbi də daxil edilib.