Məleykə Abbaszadə: Dövlət İmtahan Mərkəzi bu imtahanı keçirmir

Dövlət İmtahan Mərkəzi sürücülük vəsiqəsi almaq istəyənlər üçün imtahan keçirmir. Bu mümkün deyil. Bizdə yalnız taksi sürücüləri üçün imtahanlar aparılır.

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Asan TV"nin efirində deyib.

O bildirib ki, sürücülük vəsiqəsi üçün DİM-in imtahan keçirməsi müzakirə mövzusu belə deyil.