
“Təhsili evlərdən çıxarıb, məktəblərə qaytarmalıyıq” - Yol göstərildi!
Yusif Nəzərli
14:23 28.12.2022
Elm və Təhsil
721
“Üstəlik, müəllimlərin əmək haqlarını yüksəldib, onların sırf məktəbdə təhsilin keyfiyyətinin artırılması ilə bağlı əllərindən gələni etmələrini üçün çalışmalıyıq”
“Müəllim öz fənnini orta təhsil müəssisəsində tədris etməlidir. Sinifdəki 25 uşağın 18-ni evə aparıb, hazırlıq keçmək barədə düşünməli deyil”
"Təhsil ekspertləri 7-8 ildir, repetitorluq sisteminin məktəblərdə vüsət alması ilə bağlı həyəcan təbili çalırlar".
Bu barədə "Sherg.az"a təhsil eksperti Elçin Əfəndi repetitorluğun ziyanından danışarkən bildirib. Onun qənaətincə, sözügedən istiqamətdə təəssüf ki, iş aparılmır:
"Dərslərin normal keçirildiyi orta və tam orta ümumtəhsil müəssisələri barmaqla sayılacaq qədərdir. Digər məktəblərin yuxarı siniflərində isə tədris qənaətbəxş hesab edilmir. Müəllim əmək haqqı xatirinə, şagird sonda attestat ala bilmək üçün gedir. Əksər yuxarı sinif şagirdi orta təhsil müəssisələrində verilən biliyə marağı yoxdur. Fərdi müəllimlə hazırlaşanlar demək olar ki, məktəbə getmirlər. Dərslərdə iştirak edənlərin çox hissəsi isə oxumağa həvəs göstərməyən uşaqlardır.

Bunun qarşısını almaq üçün əlbəttə, ilk növbədə, təhsili məktəblərə cəlb etməli, qaytarmalıyıq. Üstəlik, müəllimlərin əmək haqlarını yüksəldib, onların sırf məktəbdə təhsilin keyfiyyətinin artırılması ilə bağlı əllərindən gələni etmələrini üçün çalışmalıyıq.
Müəllim öz fənnini orta təhsil müəssisəsində tədris etməlidir. Sinifdəki 25 uşağın 18-ni evə aparıb, hazırlıq keçmək barədə düşünməli deyil. Amma bu gün repetitorluğun müsbət effekt verdiyini müşahidə edirik. Hazırda Azərbaycanda məktəbi bitirən 80-90 min şagirdin 50 mini ali təhsil müəssisələrinə qəbul olmaq məqsədilə sənəd verirsə, 45 mini universitet tələbəsi olur.
Repetitorluq olmasa, əlbəttə, bu rəqəm 15-20 min həddinə qədər enər. Mənfi tərəfi isə indiki vaxtda müəllimin valideyn və şagirddən asılı qalmasından ibarətdir. Ona görə valideyn də, uşağı da müəllimin üzərinə hücum çəkə biləcəyini zənn edir. Bunların da hər birinin əsas səbəbi repetitorluq fəaliyyətinin daha da genişlənməsidir. Dünyanın əksər ölkəsində repetitorluq sistemi var. Lakin ölkəmizdəki qədər qabardılmış, şişirdilmiş durumda deyil. İş o həddə çatıb ki, bağçaya gedən uşaqları belə repetitor yanına qoyurlar. Məlum vəziyyətin sistem halına gətirilməsi üçün aidiyyəti qurumlar artıq işə başlamalıdır. Əks halda, problem qarşıdakı dövr ərzində də davam etməkdə olacaq".
Qeyd edək ki, ötən gün Milli Məclisin iclası keçirilib. Parlament üzvü Fəzail Ağamalı çıxışında vurğulayıb ki, repetitorluq sistemi orta məktəbləri dağıdır, uşaqlar 8-9-cu siniflərdən sonra məktəblərə getmirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət