
Tələb olunan keçid balları yüksəkdir
Yusif Nəzərli
07:55 21.12.2022
Elm və Təhsil
913
Dövlət qulluğuna qəbul imtahanında sualların sayında da dəyişiklik edilməlidir
Azərbaycanda dövlət qulluğu imtahanları ilə bağlı ciddi dəyişikliklər aparılır.
Məsələ ilə əlaqədar strategiyanın təsdiqləndiyini bildirən Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bu strategiya çərçivəsində səriştə modelinə keçilməsi nəzərdə tutulur: “Ona görə bizim ekspertlər və mütəxəssislər yeniliklərə hazır olmalıdır. Pilot layihələr əsasında yeni normativləri təqdim edəcəyik və bu addımı atarkən vətəndaş cəmiyyəti ilə dialoq quracağıq”.
M.Abbaszadə bildirib ki, dünya üzrə dövlət qulluğunda 58 faiz insanlar işləyir: "Bizim ölkədə isə bu rəqəmlər dəqiq deyil. Düşünürük ki, bizim ölkədə də bu rəqəmlərlə bağlı araşdırmalar aparılmalıdır".

Dəyişikliyi dəyərləndirən təhsil eksperti Kamran Əsədov isə “Şərq”ə açıqlamasında deyib ki, 2016-cı ilin aprel ayından dövlət qulluğuna qəbul imtahanlarının DİM-ə həvalə edilməsi imtahanın test mərhələsindəki mövcud problemləri aradan qaldırdı:
“DİM tərəfindən həyata keçirilən bütün imtahanların şəffaf və ədalətli olduğuna da heç bir şübhə yoxdur.
Amma dövlət qulluğuna qəbul imtahanlarının ikinci mərhələsi ilə bağlı eyni sözləri deyə bilməyəcəm. Dövlət qurumları imtahanın müsahibə mərhələsinin obyektivliyinə çox ciddi kölgə salırlar. Elm və Təhsil Nazirliyinin elan etdiyi vakansiya üzrə test mərhələsindən keçən gənc qərəzli bir şəkildə müsahibə mərhələsindən kəsilir. Çünki həmin yerə Nazirlik həmin yerə öz adamlarını imtahansız qəbul edir. Bu, dəhşətli və dözülməz bir haldır. Qeyd olunan dəyişikliklərlə DİM ikinci mərhələdə yol verilən qeyri-şəffaflığın qarşısını almağa çalışır. Çünki imtahanların birinci mərhələsindən keçid balını yığan iştirakçıların ikinci mərhələdə uğursuz olması haqlı olaraq iştirakçılarda imtahanların formal olaraq keçirilməsi, əslində isə öncədən nəzərdə tutulan şəxslərin qəbul olunacağı fikrini formalaşdırır. Şəxsən Elm və Təhsil Nazirliyindəki təyinatlarla bağlı onlarla bu cür fakt sadalaya bilərəm. Bu mənada dövlət qulluğuna qəbul imtahanlarının sadəcə test mərhələsinin yox, müsahibə mərhələsinin də DİM-in nəzarətində olmasını məqsədəuyğun hesab edirəm. Bugünə qədər imtahanların ikinici mərhələsində DİM-in cəmi bir əməkdaşı iştirak edirdi və onun da seçimlərə heç bir təsiri olmurdu. Yeni dəyişikliklərdə isə dövlət qurumlarının imtahana müdaxiləsi aradan qaldırılmalıdır”.
K.Əsədov həmçinin hesab edir ki, dövlət qulluğuna qəbul imtahanında sualların sayında da dəyişiklik edilməlidir: “ Hazırda tələb olunan keçid balları yüksəkdir. Kateqoriyalar üzrə keçid balları ən azı 10 bal aşağı salınmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya