Xaricdə təhsil alan həkimlərə yüksək maaş vəd olunur
Yusif Nəzərli
09:19 25.01.2022
Elm və Təhsil
1021
Musa Quliyev: "Xüsusi proqramlar hazırlayarkən həkimlər arasında ciddi maaş fərqi qoyulmamalıdır"
"Türkiyə universitetlərində yüksək elmi dərəcə qazanan həkimlərlə Azərbaycan Tibb Universitetində eyni dərəcəni qazanmış həkimlərin maaşları arasında kəskin fərq olmamalıdır"
"Xaricdə təhsil almış həkimlərin tibb müəssisələrinə cəlb olunması proqramına başlanılır".
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib. O bildirib ki, bu, vacib proqramdır: “Əhali daha çox xaricdə oxuyan həkimlərin qəbulunda olmağa maraq göstərir, buna görə özəl tibb müəssisələrinə üz tuturlar. Bu proqram 2022-2023-cü illəri əhatə edəcək. Əsas gözlənti odur ki, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti yüksələcək".
O deyib ki, bir il ərzində bu proqrama 8 milyon manatdan çox vəsait xərclənməsi nəzərdə tutulub. Bu zaman Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki tibb müəssisəsinə üstünlük veriləcək.
Proqram çərçivəsində orta və qeyri-tibb işçilərinin ixtisaslarının artırılması da əsas hədəflərdən biridir. Belə ki, tibb müəssisələrində çalışan orta tibb işçiləri və biomedikal sahəsi üzrə mühəndislərin ixtisaslarının artırılması məqsədilə Türkiyə Cümhuriyyətinin aidiyyəti qurumları ilə əməkdaşlıq çərçivəsində təlimlərin keçirilməsi nəzərdə tutulur. Hər il 50 nəfər orta tibb işçisi və 30 nəfər biomedikal sahəsi üzrə mühəndis müvafiq tibb müəssisəsinin rəhbərinin təqdimatı əsasında Komissiya tərəfindən seçilərək təlimlərə cəlb olunacaq.
Layihə ilə bağlı “Şərq”ə danışan millət vəkili, tibb üzrə fəlsəfə doktoru Musa Quliyevin sözlərinə görə, bu, böyük bir proqram olmalıdır və hazırlanmasında tələskənliyə yol verilməməlidir.
“Xaricidə təhsil alaraq uzmanlıq səviyyəsinə yüksəlmiş mütəxəssisləri burada qoruyub saxlamaq üçün onların maddi təminatlarının yaxşılaşdırılmasına, yüksək əməkhaqqı ilə təmin edilməsinə ciddi ehtiyac var. Tibb spesifik bir sahədir. Xüsusuən, müasir tibb texnologiyalarından uğurla istifadə edən həkimlərin ölkə üçün olduqca böyük faydası və əhəmiyyəti var.
Bu tendensiya 3 il əvvəl Türkiyədə də var idi. Bunu aradan qaldırmaq üçün həm Türkiyə vətəndaşı, həm də burada müəyyən təhsil almış xarici ölkə vətəndaşı olan həkimlərin yüksək əməkhaqqı ilə təmin olunmasıyla bağlı proqram hazırlandı.
Bu, yüksək səviyyədə ixtisaslaşmış türk həkimlərin Avropaya getməsinin qarşısını aldı. Ancaq Azərbaycan üçün ciddi həkim qıtlığı probleminin yaranmasına səbəb oldu. Çünki bizim həkimlərin əksəriyyəti Türkiyədə təhsil alıblar və ya orada kvalifikasiya keçiblər. Buna görə də bizim maaşlar ən azından Türkiyədəki ilə bərabər olmalıdır ki, dəyərli kadrlarımızın itkisi ilə üzləşməyək”.
Deputat qeyd edib ki, bu problemləri həll etmək üçün xüsusi proqramlar hazırlayarkən həkimlər arasında ciddi maaş fərqi qoyulmamalıdır.
“Türkiyə universitetlərində yüksək elmi dərəcə qazanan həkimlərlə Azərbaycan Tibb Universitetində eyni dərəcəni qazanmış həkimlərin maaşları arasında kəskin fərq olmamalıdır. Bu, müəyyən gərginliyə yol aça və diskriminasiyanın yaranmasına səbəb ola bilər. Əgər Türkiyənin, Almaniyanın diplomları bizimkilərlə eyni səviyyədə tanınırsa, maaşlar da eyni olmalıdır.
Burada bir çox incə məqamlar da var və differensial yanaşma tələb edir. Mərkəzi şəhərlərdə və bölgələrdə çalışan həkimlər arasında da müəyyən fərqlər qoyulmalıdır ki, rayon və kəndlərdə fəaliyyət göstərən həkimlər şəhərlərə axın etməsin. Eyni zamanda orta tibb işçilərinin də bu proqrama cəlb edilməsi lazımdır.
Bu proqram birinci mərhələ üçün böyük şəhərləri nəzərdə tuta bilər, ancaq sonrakı mərhələlərdə kənd və rayonlar da bura əlavə edilməlidir.
Əgər biz ailə həkimi institutunu yaratmışıqsa, kənd yerlərində həkimlərin qalıb işləməsi, daimi fəaliyyət göstərməsi üçün onların maddi təminatları yüksək səviyyədə olmalıdır. Əks halda onlar orada qalmayacaqlar və biz həmin yerlərdə həkim qıtlığı problemi ilə üzləşəcəyik”.
Sənan İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm