Yeni layihə alqışlandı
04:25 30.06.2021
Elm və Təhsil
900
Məktəb inspektorları yoxlamağa gedəcək, dərs dinləyəcək, ümumi analiz aparacaq
Təhsil nazirinin müvafiq əmri ilə həyata keçirilən “Məktəblərdə keyfiyyətin inspeksiyası” layihəsi çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən növbəti dəfə məktəb inspektoru vakansiyası elan olunub. Layihənin məqsədi məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək, o cümlədən məktəb-şagird-valideyn əlaqələrini daha da gücləndirərək, sağlam və keyfiyyətli təhsil mühiti formalaşdırmaqdır. Vakansiya üzrə müraciətlərin qəbulu iyulun 10-dək davam edəcək. Müraciət etmək istəyən şəxslər agentliyin rəsmi saytına daxil olub vakansiya tələbləri ilə tanış olaraq, məlumatlarını göndərə bilərlər. Layihə çərçivəsində martın 10-dan iyunun 7-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Lənkəran şəhərlərində, həmçinin Abşeron, Masallı, Cəlilabad və Bərdə rayonlarında yerləşən 24 məktəbdə pilot inspeksiyalar keçirilib. Mövcud vakansiya üzrə inspektorların seçimi və namizədlərin təlimləndirilmə prosesi yekunlaşdıqdan sonra növbəti tədris ilindən etibarən real inspeksiyalara başlanılacaq.
Təhsil eksperti Elşən Ramizoğlu "Şərq"ə “Məktəblərdə keyfiyyətin inspeksiyası” layihəsi barədə danışıb. Ekspert açıqlamasında vurğulayıb ki, bu, yeni bir layihədir:
"İlk olaraq qeyd edim ki, bu layihə ideya olaraq çox gözəldir. Ancaq gələcəkdə onun icrasının və nəticəsinin necə olacağı çox maraqlıdır. Məktəb inspektoruna ali təhsilli, pedaqoji sahədə 8 il iş və idarəetmə üzrə təcrübəsi olanlara üstünlük verilir. Birinci mərhələdə CV (şəxsi məlumatlar) yollanılır, sonra həmin şəxsləri imtahana dəvət edilirlər. Qeyd edim ki, müsahibədən keçən namizədlər xidməti müqavilə və ya tam ştatla işə başlayacaqlar. Məndə olan məlumata görə, bugünədək məktəb inspektoru seçilən şəxslər öz rayonlarında fəaliyyət göstərmirlər və başqa rayonlara gedirlər. Məktəb inspektorları əsasən, məktəbləri yoxlamağa gedir, dərs dinləyir və sonda ümumi analiz edirlər. Əslində bu, çox əla layihədir".
E.Ramizoğlu layihənin icra mexanizminin necə olacağı barədə danışmağın hələ tez olduğunu vurğulayıb:
"Hələlik, CV-lərin seçim mərhələsinin necə olacağı bəlli deyil. Hesab edirəm ki, 8 il pedaqoji stajın qoyulması çox yanlışdır. Çünki məktəb direktoru üçün staj 5 ildir. Məktəb direktoru da dərs dinləyir, inspektor da. Yəni mexanizm olaraq çox da fərqli bir işlər görmür. Sadəcə, inspektor nazirliyin əməkdaşı kimi yüksək nüfuza sahib olur. Digər bir tərəfdən yeni tədris ilində qərəzsizlik, ayrıseçkilik və digər qeyri-leqal hallara yol verilməməlidir. Amma biz deməklə olmur, olanda qərəzsizlik də olur, başqa şeylər də. Bu hallara qarşı daha diqqətli olmalıyıq. Kimi seçirlər seçsinlər, fərq etməz. Ancaq heç olmasa, bir az obyektiv olsunlar. Bu gözəlliyi çirkinləşdirməyək və iş görmək istəyərkən əlavə problem yaratmayaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyənin müdafiə naziri Qətərə gedib
19:58 13.04.2026
Region
Ərdoğan: Ailəyə hücum milli təhlükəsizlik məsələsidir
19:53 13.04.2026
Gündəm
Starmer İsrailin Livana zərbələrini "səhv" adlandırıb
19:33 13.04.2026
Dünya
Rusiya TRIPP layihəsinə mane olur - Əziz Əlibəyli
19:13 13.04.2026
Gündəm
Tramp İran gəmilərini məhv edəcəyi ilə hədələyib
18:58 13.04.2026
Gündəm
Fars körfəzində 20 min dənizçi ilişib qalıb
18:45 13.04.2026
Dünya
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
18:38 13.04.2026
Gündəm
Hizbullah İsrailin şimalındakı hədəflərə zərbələr endirdi
18:31 13.04.2026
Region
Bəhreyn İraqa nota verdi
18:05 13.04.2026
Gündəm
Pezeşkian: Başqa ölkələrə qarşı heç bir iddiamız yoxdur
17:38 13.04.2026
Gündəm
Madyar: Xarici ölkələrin daxili işlərinə qarışmayacağam
17:37 13.04.2026
Dünya
Xalq artisti Maqsud Məmmədov vəfat edib
17:36 13.04.2026
Mədəniyyət
Orbanı vətənpərvər adlandırmaq gülüncdür - POLİTOLOQ
17:24 13.04.2026
Gündəm
Madyar Rusiyaya təşəkkür etdi
17:01 13.04.2026
Dünya
Ramin Nurəhmədov işdən çıxdı
16:57 13.04.2026
Cəmiyyət