Ərdoğan: Fəlakət zonasının bütün sakinləri mənzillə təmin ediləcək
Yusif Nəzərli
17:52 26.10.2024
Gündəm
437
“Türkiyədə təbii fəlakət zonasının bir sakini də evsiz qalmayacaq”.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin fevralında baş vermiş zəlzələlərdən zərər çəkmiş Hatay vilayətinin daha bir qrup sakininə mənzillərin verilməsi ilə bağlı mərasimdə bildirib.
Prezident xatırladıb ki, dağıdıcı zəlzələdən 3 ay sonra Türkiyədə 180 min obyektin tikintisinə başlanılıb. “Ölkəmizin vilayətləri dünyanın ən böyük tikinti meydançasına çevrilib və bu gün burada 160 min nəfərin çalışdığı 1900 tikinti sahəsində işlər davam etdirilir”, - deyə o, qeyd edib.
Türkiyə liderinin sözlərinə görə, 2025-ci ilin sonuna kimi ötənilki təbii fəlakətdən zərər çəkmiş 11 vilayətdə ümumilikdə 452 min 958 yaşayış, ticarət və biznes obyekti istifadəyə veriləcək. “Biz fəxr edirik ki, Türkiyədə zəlzələ bölgəsində artıq 130 min ev tikilib”, - deyə dövlət başçısı vurğulayıb.
Ərdoğan bildirib ki, bu ilin sonuna qədər Türkiyədə 201 min 688 nəfər mənzil və ticarət obyektlərinin açarlarını təhvil alacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya