Bakıda Azərbaycan və Türkiyə jurnalistlərinin görüşü keçirilib
Yusif Nəzərli
08:06 29.05.2025
Media
578
Azərbaycan mətbuatının 150 illiyi münasibətilə xarici, eləcə də Azərbaycan və Türkiyə jurnalistlərinin görüşü "Süni zəka jurnalistikası" mövzusunda görüşü keçirilib.
Sherg.az-ın məlumatına görə, tədbir Azərbaycan Mətbuat Şurası və Beynəlxalq Jurnalistlər Şurasının (Türkiyə) təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid açıb.
O həm Azərbaycan mətbuatının tarixindən, həm də Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə senzuranın ləğvindən sonra mətbuatımızın keçdiyi inkişaf yolundan danışıb:
"1998-ci ilin avqustunda Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə senzura ləğv olundu. Daha sonra Prezident İlham Əliyevin də Azərbaycan mətbuatına diqqəti və qayğısı davam etdi. Biz arzu edirik ki, Şuşada Azərbaycan Mətbuatının muzeyi yaradılsın. Mən bunu Türkiyədə görmüşdüm və təəssüflənirəm ki, belə bir muzey bizim ölkəmizdə yoxdur. 2020-ci ildəki Qarabağ zəfərindən sonra Azərbaycan və Türkiyə jurnalistləri arasında əlaqələr daha da sıxlaşıb. Biz münasibətlərimizin hazırkı səviyyəsini yüksək qiymətləndiririk".
Qlobal Jurnalist Təşkilatının (Küresel Gazeteciler Konseyi) sədri Mehmet Ali Dim həm Azərbaycan mətbuatının 150-ci, həm də Müstəqilliyimizin 107-ci ildönümü münasibətilə xalqımızı təbrik edib.
O eyni zamanda Türkiyə və Azərbaycan qardaşlığından, iki ölkə arasında mətbuat əlaqələrinin inkişafından bəhs edib.
Qonaq əmin olduğunu bildirib ki, tanışlıq məqsədi ilə baş tutan tədbir iki qardaş ölkənin mətbuat nümayəndələri arasında əlaqələri daha da inkişaf etdirəcək.
"Sabah" qəzetinin köşə yazarı Yavuz Donat Azərbaycan və Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq əlaqələrindən danışıb.
Yavuz Donat bu münasibətlərin daha da inkişafında mətbuat nümayəndələrinin rolunu yüksək qiymətləndirib.
Professor Levent Eraslan süni intellektin hazırda xəbər mətnlərinin hazırlanmasında geniş şəkildə istifadə edildiyini vurğulayıb:
"Süni intellekt xəbər mətnlərini hazırlayır, lakin onun qaynağının dəqiqləşdirilməsində problem var. Süni intellekt mətn hazırlamaq qabiliyyətinə malik olsa da duyğusal tərəfləri olmadığından yekunda insan müdaxiləsi zəruri olur. UNESCO-nun "Süni intellekt və Media etikası" kodeksi var. Burada hər iki anlayış arasındakı fərqliliklər açıq şəkildə göstərilir. Sosial media platformalarında bir mətnin hazırlanmasında süni intellektin imkanlarından istifadə edildiyi göstərilir. Hesab edirəm ki, bu qeyd xəbər mətnlərində də əks olunmalıdır. Süni intellekt nəticə etibarilə güclü qələm ola bilər, lakin insan əli toxunmasa, bu xəbərin heç bir dəyəri yoxdur".
Süni İntellekt Siyasəti Dərnəyinin (AIPA) təsisçisi və rəhbəri Zəfər Küçükşabanoğlu 2030-cu ilə qədərki dövrün süni intellektin inkişafında mühüm rola malik olduğuna toxunub.
O həmin dövrədək insanların süni intellekti öz həyatının bir parçasına çevirməli olduğunu zəruri sayıb:
"İkinci və üçüncü sənaye inqilabları bəşəriyyətdə böyük həyəcan yaradıb. Biz hazırda dördüncü sənaye inqilabı dövründəyik. Türkiyə süni intellekt indeksində 119 ölkə arasında 58-ci yerdədir. Dünyada mətbuat dəyişir. Süni intellekt texnologiyalası 2030-ci ilədək bazada 15,7 milyard dollar həcmindəki paya sahib olacaq. Türkiyə və Azərbaycan bu reytinqdə işini itirən 85 milyon, yoxsa yeni iş yerləri yaranan 97 milyonluq statistikada yer alacaq? Əsas sual budur. Dünyanın ilk və yeganə süni intellekt universiteti və Süni İntellekt Nazirliyi məhz Birləşmiş Ərəb Əmirliklərindədir. Sinqapur 40 yaşdan yuxarı vətəndaşlarına süni intellekt dərsləri verməyə başlayıb. Bir yeni anlayış da var - texnofeodalizm. Məsələn, biz görmüşük ki Prezidentlərin andiçmə mərasimində arxa planda yeni seçilmiş prezidentin ailəsi olur, amma Donald Trampın andiçməsinin arxa planında Elon Mask var idi. Hesab edirəm ki, 2030-cu ildə süni intellekti öz həyatının bir parçasına çevirməyən insanlar iş yerlərini itirmək təhlükəsi ilə üzləşəcək".
Tədbir panel müzakirələrlə davam etdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə