Kobaxidze: Avropa fondları radikalizmin maliyyələşdirilməsində əsas alətə çevrilib
20:23 23.07.2025
Siyasət
301
Avropa fondları radikalizmin maliyyələşdirilməsində əsas alətə çevrilib.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Acarıstanda yayımlanan “Azad Məkan” ictimai proqramında çıxışı zamanı səsləndirib.
O bildirib ki, Avropa fondlarının fəaliyyəti ölkədə radikalizmin və inqilabi meyillərin yayılmasına təkan verib.
“Təəssüf ki, bu hallar Avropa Parlamentinin qəbul etdiyi qətnamələrdə də öz əksini tapıb”, – Kobaxidze vurğulayıb.
Onun sözlərinə görə, son dövrlər Gürcüstanda Avropa İttifaqına və Avropa bürokratiyasına inam ciddi şəkildə azalıb. Baş nazir hesab edir ki, bunun əsas səbəbi Avropa strukturlarının Gürcüstanın daxili sabitliyini və qanunun aliliyini təmin etməyə yönəlmiş siyasətə qarşı çıxmasıdır.
“Avropa Parlamentinin artıq yeddi qətnaməsi təsdiqlənib və onların hər biri açıq-aşkar qeyri-obyektivdir. Bu qətnamələr nəinki Gürcüstanın suveren qərarlarına hörmətsizlikdir, eyni zamanda Avropa qurumlarının cəmiyyətdəki nüfuzuna da mənfi təsir göstərir”, – Baş nazir deyib.
Kobaxidze Avropa İttifaqı nümayəndələrinin bəzi hallarda cinayət məsuliyyəti daşıyan şəxslərin azadlığa buraxılmasını tələb etməsini “anlaşılmaz və qəbuledilməz” adlandırıb:
“Bizə ölkəmizdə sabitlik, qanunun aliliyi və əmin-amanlıq lazımdır. Avropa Parlamentinin sənədlərində bu prinsiplərin pozulduğunu görmək təəssüf doğurur. Cəmiyyətimiz bu yanaşmanı qəbul etmir və artıq bunun nəticəsində Avropa strukturlarına olan inam kəskin şəkildə azalıb”.
O əlavə edib ki, Gürcüstanın dövlət maraqlarına qarşı yönəlmiş belə mövqelər ölkədə ictimai etimadı sarsıdır və Avropa İttifaqı ilə münasibətlərə zərər vurur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə