
Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? -AÇIQLAMA
10:42 03.02.2025
Texnologiya
830
Son dövrlərdə müşahidə edirik ki, kibercinayətlərin sayında artım mövcuddur. Bu artım, xüsusən də, bank kartlarından edilən oğurluqlarda daha çox müşahidə edilir. Çünki bu ödəniş kartları nağdsız ödənişlər üçün ən geniş istifadə edilən vasitədir.
Artıq neçə ildir ki, dünyanın aparıcı ölkələrində kibercinayətkarlığın bu növü ilə ciddi mübarizə aparılır. Onlayn fırıldaqçılıq olan bank kartlarından pulların oğurlanması son illərdə ölkəmizdə də müşahidə edilməyə başlayıb. Belə ki, pandemiya dövründən əvvəl də mövcud olan bank kartları vasitəsilə onlayn ödənişlər bu dövrdən daha da genişlənmişdir. Bu da öz növbəsində kartlardan pulların oğurlanması hallarının artmasına gətirib çıxarmışdır. Bəs kartdan oğurlanan pulu geri qaytarmaq mümkündürmü?
Sualımızı cavablandıran İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev “Sherg.az”a bildirib ki, Bank kartından pul oğurlanması təhlükəli bir vəziyyətdir, lakin düzgün addımlar atılarsa, oğurlanan məbləğin geri qaytarılması mümkün ola bilər:

"Belə bir vəziyyətlə qarşılaşdıqda ilkin olaraq bu kimi addımları atmaq olar.
Birincisi, kartınızdan icazəsiz əməliyyatlar görəndə dərhal applikasiya vasitəsi ilə kartı bloklayın və bankınızın müştəri xidmətləri ilə əlaqə saxlayın. Bu, əlavə itkilərin qarşısını almaq üçün vacibdir. Banka oğurluq barədə məlumat verərkən əməliyyatın tarixi, vaxtı və məbləği kimi məlumatları özünüzdə hazır saxlayın.
İkincisi, hüquq-mühafizə orqanlarına müraciət edin. Bu, hüquqi prosesin başlamasına kömək edəcək və bankın araşdırmasına dəstək ola bilər.
Üçüncüsü, onlayn əməliyyatlar zamanı təhlükəsiz saytlardan istifadə edin və iki mərhələli identifikasiya (2FA) tətbiq edin.
Dördüncüsü, kartınızın hərəkətlərini müntəzəm olaraq yoxlayın. SMS bildirişlərini aktivləşdirin ki, hər hansı bir şübhəli əməliyyatı dərhal görəsiniz.
Oğurlanan məbləğin geri qaytarılması bankın siyasətindən və araşdırmanın nəticəsindən asılıdır. Dərhal tədbir görmək və bankla əməkdaşlıq etmək, itkilərin qarşısını almaq üçün ən effektiv yoldur. Təhlükəsizlik tədbirlərinə riayət etmək isə belə halların qarşısını almağa kömək edə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol