
Hacıbəy Heydərli: Türkiyədə “İnstagram”ın bloklanması heç də təsadüfi deyil
10:43 06.08.2024
Texnologiya
1365
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu İnstaqram rəsmiləri ilə görüş keçirib. Bu barədə Türkiyə mediası məumat yayıb.
Mövzu ilə bağlı X hesabında paylaşım edən Uraloğlu bildirib ki, şərtlər nəzərə alınarsa, qadağa aradan qaldırılacaq: “Keçən həftə kataloq cinayətləri çərçivəsində girişini blokladığımız İnstaqram sosial media platformasının rəsmiləri ilə görüş keçirilib. Görüşdə Türkiyə Cümhuriyyətinin qanunlarına riayət olunması ilə bağlı həssaslığımızı bildirdik. Bu gün günorta onlarla yenidən görüşəcəyik. Ümid edirik ki, tələblərimizi yerinə yetirmək üçün lazımi addımları atacaqlar. Müsbət irəliləyişin olacağını gözləyirik”.
Qeyd edək ki, Türkiyədə avqustun 2-i İnstaqram sosial şəbəkə platformasına giriş bloklanıb. Türkiyə mediasının yazdığına görə, İnstaqrama girişin olmaması ölkə iqtisadiyyatına gündəlik 1.9 milyard lirə ziyan vurur.
Rəsmi qərarın nə qədər müddəti əhatə edəcəyi bəlli deyil. Yüzlərlə "Instagram" bloqqeri hazırda çıxılmaz vəziyyətdə etiraz edirlər.
Sosial şəbəkənin bloklanması qərarını Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiyalar İdarəsi verib. Bu addımın əsas səbəbi kimi Türkiyə Cinayət Məcəlləsinin 135-ci maddəsində göstərilən bir sıra cinayətlərlə bağlı risklərə məhəl qoyulmaması göstərilib.
İdarə həmin risklərin sırasında soyqırımı və insanlıq əleyhinə cinayətləri, Atatürkün xatirəsinin təhqir olunmasını, qəsdən adamöldürməni, azyaşlılara qarşı seksual zorakılığı, oğurluq və qarət hallarını, işgəncələri qeyd edib.
Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiyalar İdarəsi bundan əvvəl bəyan etmişdi ki, sosial şəbəkəyə girişin bərpası instaqram rəhbərliyinin öz mövqeyini yenidən nəzərdən keçirməsindən asılıdır.
Lakin digər mənbələrdə əsas səbəbin Həmas lideri ilə bağlı paylaşımları Metanın əngəlləməsi olduğu iddia olunur.
Belə ki, Türkiyə Prezidenti İdarəsinin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun dünən “İnstagram”da “HƏMAS” lideri Haniyenin ölümü ilə bağlı başsağlığı mesajı paylaşmış, sosial şəbəkə isə həmin postu silmişdi.
Azxəbər.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərlinin “Sherg.az” açıqlamasına görə, Türkiyədə “İnstagram”ın bloklanması heç də təsadüfi deyil:

“Qardaş ölkədə “sosial media” və “dezinformasiya ilə mübarizə qanunu" qəbul edilib. Bundan əvvəl də, “X”-ın bloklanması və Türkiyənin şərtlərini qəbul etdikdən sonra həmin platformadan istifadəyə icazənin verilməsi kimi hallar müşahidə edilib. Bütün bu faktlar Türkiyə hökumətinin bu məsələdə kifayət qədər israrlı olduğunu göstərir. Türkiyənin aidiyyatı qurumları dəfələrlə İnstaqram rəhbərliyinə müraciət etmişdi ki, hər hansı bir qayda pozuntusunu özündə əks etdirən hallara yol verilməsin. Lakin platforma bir çox hallarda qayda pozuntularına reaksiya vemirdi. Fəxrəddin Altunun “İnstagram”da “HƏMAS” lideri Haniyenin ölümü ilə bağlı başsağlığı mesajının qısa müddət sonra silinməsi artıq Türkiyənin müvafiq addımı atmasına səbəb oldu”
Türkiyənin dünyada “İnstagram” istifadəçilərinin sayına görə 5-ci ölkə olduğunu xatırladan H. Heydərli deyib ki,instaqrama qoulan məhdudiyyət sadəcə bloggerlıər üçün yox, “İnstagram”ın özü üçün də xeyli ciddi problemdir:
“Ona görə də, yaxın günlərdə Türkiyə ilə “İnstagram” rəhbərliyi arasında qarşılıqlı razılaşmanın olacağını və “META” Türkiyənin şərtlərini qəbul etdikdən sonra bloklanmanın aradan qaldırılacağını zənn edirəm”.
H. Heydərlinin sözlərinə görə, “İnstaqram”ın maraqlarına uyğun gəlməyən siyasi paylaşımları hər zaman bloklayır. O qeyd edib ki, İsrail- Fələstin, Rusiya- Ukrayna müharibəsinə yanaşmada bu kimi halların şahidi olmuşuq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Altı ayda 15 420 cinayət qeydə alınıb
14:45 09.07.2026
Gündəm
İranın Buşehr vilayətində partlayış səsləri eşidilib
14:19 09.07.2026
Dünya
Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi
14:06 09.07.2026
Gündəm
Peskov: Tramp hələ ki NATO sammitindən sonra Putinə zəng etməyib
13:57 09.07.2026
Dünya
Tramp: Putin və Zelenski sülh sazişi imzalamaq istəyir
12:51 09.07.2026
Gündəm
Sabunçuda 48 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO
12:44 09.07.2026
Hadisə
Limonadlı qəhvə yeni trendə çevrilir
12:33 09.07.2026
Sağlamlıq
Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
12:33 09.07.2026
Dünya
Sabah 37 dərəcə isti olacaq
12:27 09.07.2026
Ekologiya
Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub
12:02 09.07.2026
Sosial
Oynaqları möhkəmləndirən marmelad hazırlanıb
11:57 09.07.2026
Sağlamlıq
"Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" - ŞƏRH
11:56 09.07.2026
Gündəm
Əli Xameneinin cənazəsini daşıyan təyyarə Məşhədə enib
11:40 09.07.2026
Gündəm
DÇ-2026: 1/4 final matçının başlama saatı dəyişdirilə bilər
11:33 09.07.2026
Futbol
Azərbaycanda turizmlə bağlı yeni qanun layihəsi hazırlanıb
11:27 09.07.2026
İqtisadiyyat