İnternet qiymətləri ucuzlaşmalıdır - Mütəxəssis

  • Rəqəmlərə nəzər saldıqda görürük ki, ölkədə 1 Gbit/s sürəti dəstəkləyən infrastruktur artıq qurulub

Azərbaycanda internet sahəsində güclü infrastruktur yaradılıb, amma qiymət siyasəti infrasturkturla ayaqlaşmır. Bu barədə fikirlərini bölüşən informasiya-kommunikasiya məsələləri üzrə mütəxəssis Elvin Abbasovun fikrincə internet qiymətləri ucuzlaşmalıdır: 

- Rəqəmlərə nəzər saldıqda görürük ki, ölkədə 1 Gbit/s sürəti dəstəkləyən infrastruktur artıq qurulub. Dövlət və özəl provayderlərin GPON şəbəkəsi 4 milyon təsərrüfatdan çoxu əhatə edir. Buna baxmayaraq, ölkədəki ~200 provayderdən yalnız 3-ü orta 150 Mbit/s-dən yuxarı sürət təqdim edir. Əksəriyyət hələ də 50–100 Mbit/s ilə kifayətlənir. İstehlakçı davranışı isə tam əks istiqamətdə gedir: hər 3 abunəçidən 2-si (1,5 milyon nəfər) artıq 100 Mbit/s–1 Gbit/s aralığında internetdən istifadə edir, 1 Gbit/s-dən yuxarı paketə keçənlərin sayı son 2 ildə 22 dəfə artıb. Sual sadədir, infrastruktur hazırdırsa, niyə istifadəçi hələ də köhnə sürətlərə məhkumdur? Mənim təklifim budur ki, başlanğıc paket sürətini 2,5–3 dəfə artırmaq (100 Mbit/s əvəzinə 250–300 Mbit/s), Mbit/s başına qiyməti isə ən azı 2 dəfə azaltmaq (25 qəpik əvəzinə 11–12 qəpik).