Qış xəstəliklərindən qorunmaq mümkündür: Birinci yerdə nar qabığı...



Qış mövsümündə tənəffüs yolları infeksiyaları, qrip və soyuqdəymə kimi xəstəliklər yayılır. Mütəxəssislər bu aylarda qorunmaq üçün lazımlı tədbirləri ələ almağı və xüsusilə immunitet sistemini gücləndirməyin lazım olduğunu bildirir.
Sherg.az türk mütəxəssislərin tövsiyəsinə istinadən xəbər verir ki, İmmunitet sistemini təbii bitki mənşəli qidalarla dəstəkləmək, qış xəstəliklərinə qarşı  çox təsirlidir. Nar, sarıkök və zəncəfil, xəstəliklərin təbii yolla müalicəsində yardımçı ola bilən bitki və meyvələrin başında gəlir. 

Nar qabığının 5 faydası!



* Nar qabığından əldə edilən maye  ən təbii və ən güclü antibiotiklər arasında birinci yerdə gəlir. 
* Nar qabığı komponentləri, ağız içərisində bir baryer əmələ gətirərək mikrobların və virusların bədənə girişinə mane olar.
* Narın antimikrobiyal təsiri diş çürüməsinə səbəb olan bakteriyaların inkişafını əngəlləyir.
* Ağız sağlamlığını qoruyar.
* Bütün bu faydalar tibbi nəticələrlə isbat edilmişdir.

Sarıkökün şəfa verən 3 ünsürü!


* Çox güclü bir antioksidandır. Bu sayədə bakteriyalara qarşı mübarizə aparır və hüceyrələrimizi qoruyar.
* Qripin səbəb olduğu şiddətli semptomları azaldar. Xəstəliyin irəliləməsini önləyər, yaxşılaşmanı sürətləndirər.
* Ağrı kəsici xüsusiyyəti vardır.


Zəncəfil gövdəsinin 7 faydası


* Qrip və tənəffüs yolu infeksiyalarında qoruyucu təsiri vardır.
* Öskürəyi kəsər.
* Tənəffüs yollarının açılmasını təmin edərək, nəfəs almağı asanlaşdırar.
* Ağrı kəsici və qızdırmanı salan xüsusiyyətləri var.
* Bədəninizin istiliyini artırar və tərlədər.
* Ağız içində olan yaralarınyaxşılaşmasını təmin edər.
* Mədənin təbii funksiyalarının qorunmasına köməkçi olar.

Turan