"Yemək masasını yolun ortasına qoymaq nə deməkdir?" - Bəzi sahibkarlar özlərini itirib 


İki-üç gün əvvəl sosial şəbəkələrdə Əziz Əliyev küçəsindəki restoranlardan birinin qarşısında- yolun hərəkət hissəsində masanın qoyulmasını əks etdirən fotolar yayılmışdı.

 Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev hadisənin nəzarətə götürüldüyünü deyib. O, bildirib ki, BNA-nın ərazidə xidmət aparan əməkdaşlarının müdaxiləsi ilə masa yolun hərəkət hissəsindən götürülüb.

Məsələ barədə "Sherg.az"a danışan sosioloq, jurnalist Lalə Mehralı düşünür ki, bu, gözdən pərdə asmaq cəhdidir:

"Bəziləri karantin qaydalarına əməl edirlər. Amma bir çoxları, xüsusilə sahibkarlar özlərini düşünərək çıxış yolu axtarırlar. Sözügedən addım da, yəqin ki, ona hesablanıb. Sahibkar sosial məsafəni qoruması üçün masanı çöldə quraşdırıb. Nəticədə isə digərlərini düşünmədən nəqliyyatın hərəkətinə mane olur". 

Belələri, necə dəyərlər, nə də Əli aşından olmaq istəyirlər, nə Vəli. Bəs onlar Seyid cəddinə arxayın olan kimi nəyə, kimə inanırlar ki, bunu edirlər?!

L. Mehralının sözlərinə görə, ciddi cərimələrin tətbiq edilməsi şərtdir:

"Bu cür sahibkarlar cəzalanmadıqları üçün onlarda arxayınlıq yaranır. Belə adamlar ciddi məsuliyyətə cəlb olunmalıdırlar ki, digərləri də dərs alsın, həm də analoji hallar ictimailəşdirilməlidir. Media bu işdə çox fəal olmalı, ictimai rəy formalaşdırmalıdır".


Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu