Oğlan şagirdlər ətək geyindi, ARAŞDIRMA BAŞLADI

Türkiyənin Tokat bölgəsinin Reşadiye mahalının Bereketli qəsəbəsindəki Bereketli İbtidai məktəbində 23 Aprel Milli Suverenlik və Uşaqları Müdafiə Günü münasibətilə təşkil edilən qeyd etmə proqramında 4 oğlan şagird  "Hababam Sınıfı Sınıfta Kaldı"  filmindəki səhnəni canlandırmaq üçün ətək geyinib, rəqs esiblər.

Sherg.az xəbər verir ki, proqramdan çəkilən  görüntülər sosial mediada paylaşıldıqdan sonra İl Milli Təhsil Müdirliyi məktəb rəhbərliyi və proqramı təşkil edən müəllimlər haqqında inzibati araşdırmaya başlayıb.