Prezidentə təşəkkür: “Çətin günlərdə Sizinlə həmrəyik və istənilən çağırışınıza qoşulmağa hazırıq”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Qubadan Səmral Əhmədxanov Prezidentə məktubunda diqqətə çatdırır: 
“Möhtərəm cənab Prezident, bəşəriyyətin bəlasına çevrilən COVID-19 infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması üçün Sizin rəhbərliyinizlə respublikamızda görülən qabaqlayıcı tədbirləri, zəruri profilaktik işləri dəstəkləyirik. Biz gənclər Sizin sevginizi, qayğınızı hər zaman üzərimizdə hiss edirik. Mən bir gənc olaraq inanıram ki, ölkəmiz Sizin sayənizdə bu bəlaya qalib gələcək və yeni inkişaf yoluna qədəm qoyacaqdır.
Hər zaman olduğu kimi, bu çətin günlərdə də biz Sizinlə həmrəyik və istənilən çağırışınıza qoşulmağa hazırıq. Azərbaycanın gələcəyi üçün birgə addımlamaq hər birimizin borcudur. Allah hər bir işdə Sizə kömək olsun!”

Paylaş

Bizi Facebookda izləyin
menu
menu