COP29 çərçivəsində Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kopman ilə görüşüb.
"APA-Economics" xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Görüşdə Avropa İttifaqının (Aİ) 2021-2025-ci illər üzrə Şərq Tərəfdaşlığı prioritetləri çərçivəsində İqtisadi və İnvestisiya Planının Azərbaycanda icrası, COP29 çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq, Aİ ilə ümumi əməkdaşlıq istiqamətləri kimi bir sıra məsələləri müzakirə etdik", - deyə M.Cabbarov bildirib.