Xaçmazda polis kapitanı qəfil vəfat edib

Avqustun 19-da Xaçmaz rayonunda polis zabiti Zahid Mahmudov vəfat edib.
"Report" xəbər verir ki, xidməti vəzifələrini icra edərkən polis əməkdaşının halı qəfildən pisləşib, xəstəxanaya aparılarkən həyatını itirib.
Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən təsdiqləyiblər.