20 il uşaq sahibi ola bilmədi! Əməliyyat masasında şok detal

Adanada yaşayan və 24 ildir evli olan G.D. 20 il uşaq sahibi olmaq üçün müxtəlif müalicələr alıb. Övladı olmayan G.D. bu müddət ərzində qarın ağrısı və şişkinlikdən də şikayət edib.

Sherg.az xəbər verir ki, ağrısına çarə tapmaq və uşaq sahibi olmaq üçün məsləhət alaraq Diyarbəkirdəki özəl xəstəxanalardan birinə gələn G.D.-nin qarnında böyük kista aşkarlanıb. G.D əməliyyat olunub və qarnından çəkisi 10 kilo, diametri 30 santimetr olan kista çıxarılıb. Əməliyyatdan sonra sağlamlığına qovuşan G.D müalicəsindən sonra evə buraxılacaq.

Əməliyyatı həyata keçirən qrupun rəhbəri Ginekologiya və Doğum Mütəxəssisi Op. Dr. Fuat Zaman hadisəni nəql edib: “Xəstəmiz qarının həddindən artıq şişməsi, həddindən artıq qanaxma və uşaq sahibi ola bilməmə şikayətləri ilə bizə müraciət edib. Ultrasəs müayinəsi apararkən xəstənin qarnını tamamilə dolduran 30 santimetr ölçüdə və 10 kilo çəkidə böyük bir kütlə aşkar etdik. Biz bunu mioma kimi qiymətləndirdik. Xəstəyə cərrahiyyə əməliyyatı tövsiyə etdik. Çünki uşaqlıq və qarın nahiyəsini tamamilə örtən kista idi.
Əməliyyatı etdik, əməliyyatımız uğurla keçdi. Xəstə indi yataqdadır. Yaşı daha böyük olduğu və uşaq arzusu olduğu üçün 1-2 aydan sonra uşaqlıq yolu çəkilib müalicə edəcəyik. Xəstənin ümumi sağlamlıq vəziyyəti hazırda çox yaxşıdır, hərəkətlidir və yemək yeyə bilir. Bu cür xəstələrin davamlı şikayətləri olur. Amma aşırı qanama, halsızlıq və qarın şişkinliyi artınca mecbur gəlirlər. Bu da bir az gecikmiş bir hadisədir, 24 ildir evli ve 20 ildir bu şikayetleri var. Əvvəl diqqət edilməmiş . Şikayətlər artıb son mərhələyə çatanda,xəstə bizə müraciət edib” deyə bildirib.