Rusiya Prezidenti: Cənubi Qafqazda davamlı sülh və sabitlik regionun bütün dövlətlərinin maraqlarına cavab verir

Azərbaycanla Ermənistan arasında münasibətlərin hazırkı vəziyyəti diqqətdən kənarda qalmayıb.

Sherg.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların yekununa dair mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına və məlum üçtərəfli sazişlər əsasında sülh müqaviləsinin bağlanmasına hər cür yardım edəcək.

"Biz həmçinin transsərhəd marşrutların blokdan çıxarılmasına, humanitar təmasların qurulmasına, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasına yardım etməyə hazırıq. Bizdə sovetlər dövründən müvafiq sənədlərin olduğunu nəzərdə tuturam. O mövqedən çıxış edirik ki, Cənubi Qafqazda davamlı sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına cavab verir", - deyə Putin vurğulayıb.