Rusiyada güclü zəlzələ olub: Bizə təsir edəcək? -Seysmoloqdan RƏY

Kamçatkada 7 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
İlkin məlumata görə, zəlzələ altı bal gücündə hiss olunub.
TASS-ın bölgədəki müxbirinin verdiyi məlumata görə, yeraltı təkanlar səbəbindən bölgə sakinləri evlərini tərk ediblər. Evlərdə mebellər aşıb, qab-qacaq qırılıb.
Zəlzələ Kamçatka vaxtı ilə saat 07:21-də (Bakı vaxtı ilə 22:21) qeydə alınıb.

AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Ənvər Əliyev “Sherg.az”a bildirib ki, Kamçatkada baş verən zəlzələ İndoneziyaya qədər olan əraziləri əhatə edir:

“Burada seysmik proseslərin, o cümlədən, vulkanizm və zəlzələ hadisələrinin baş verməsi qanunauyğunluqdur. Yəni həmin ərazinin mahiyyətindən irəli gələn prosesdir. Kamçatka bizdən uzaqda yerləşdiyinə görə baş verən zəlzələnin ölkəmizə heç bir təsiri yoxdur. Digər tərəfdən Azərbaycan seysmik qurşaqda yerləşdiyi üçün bu cür proseslərin və silkələnmələrin baş verməsi mümkündür”.