Pandemiya uşaqlara necə izah edilməli ? - “Valideyn uşağa onun öz dilində anlatmalıdır”

Uşaqların həssas kateqoriyaya aid olması heç kimə sirr deyil. Onlarla davranış xüsusi diqqət, təmkin tələb edir. Əks halda körpələrimizdə psixoloji problemlər meydana çıxa bilər. Təsadüfi deyil ki, bəzən valideynlər mövcud çətinliyi övladlarına daha mülayim formada başa salırlar.

Bəs bütün dünyanı təhdid edən koronavirus pandemiyasından balarımızı necə qorumalıyıq?

Psixologiya Elmi Tədqiqat İnstitunun sədri Elnur Rüstəmov “Sherg.az”a açıqlamasında deyib ki, fəsadlar bir az sonra özünü göstərəcək:

“Pandemiyadan daha çox əziyyət çəkən həm də uşaqlar oldular. Nəzərə almaq lazımdır ki, bu müddət həm uşaq bağçaları, həm orta məktəblər, həm də uşaq əyləncə mərkəzləri çalışmadığından uşaqlar daha çox ev şəraitində zaman keçirməli oldular. Məktəbli uşaqların bir qismi onlayn dərslərə cəlb olunmaqla zamanı keçirdilərsə, kiçik yaşlı uşaqlarda vəziyyət tam başqa formada baş verdi. Onların böyük bir qismi elektron cihazlarla zaman keçirdilər. Bu da, əlbəttə, uşaqlarda bir çox psixoloji problemlərin yaranmasına rəvac verdi. Düşünürəm ki, fəsadları  irəlidə daha çox görəcəyik. Buraya biz ünsiyyət, davranış, aqressiya, yuxu, qida və s. kimi problemləri daxil edə bilərik. Bu gün də işləyən valideynlər üçün bu məsələ böyük problem yaradır”. 



E. Rüstəmovun fikrincə, valideynlərin üzərinə böyük məsuliyyət düşür:

“Uşaqları pandemiyadan qorumaq üçün birinci növbədə bu xəstəlik haqqında valideyn uşağa onun öz dilində izahat verməlidir. Digər tərəfdən valideyn özünü qorumaqla uşağa yaxşı nümunə olmalı, onu da özünü qorumasına təşviq etməlidir. Məsələnin bu tərəfinin məsuliyyəti daha çox valideynlərin üzərinə düşür. Mənə görə valideyn təhlükəni qorumaq istiqamətdə yaxşı nümunə nümayiş etdirərsə, uşaq da ona uyğun davranacaq. Xüsusən həftə sonu valideynlərin uşaqlarla elektron cihazlardan uzaq birgə zaman keçirməyi məqsədəuyğun olardı”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu