Suqovuşan qəsəbəsində sümük fraqmentləri aşkar edilib

Ağdərə rayonu ərazisində sümük fraqmentləri aşkar edilib.
Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, mayın 5-də işğaldan azad olunmuş Ağdərə rayonu, Suqovuşan qəsəbəsi ərazisində yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.