Dəbdəbəli villada müəmmalı ölüm: 17 yaşlı gənc hovuzda boğulub?

İstanbulun Büyükçekmece bölgəsində həftəlik kirayəlik lüks villada dostları əylənərkən 17 yaşlı Mervan İpek hovuza düşərək həyatını itirib. Polis qrupları şübhəli ölümlə əlaqədar geniş diametrli araşdırma başlayıb. Ölən gəncdən yalnız dostları ilə çəkdirdiyi foto qalıb.
Sherg.az xəbər verir ki, İstanbulda 17 yaşlı Mervan İpek mayın 3-ü axşam saatlarında Böyükçekmece səmtindəki Tepekentdəki həftəlik kirayəlik dəbdəbəli villasında dostları ilə ziyafət təşkil edib.

Əyləncə zamanı İpək müvazinətini itirərək hovuza düşüb. İpək hovuzda boğularaq həyatını itirib. Digər dostları vəziyyəti görüb polis və sağlamlıq qruplarına xəbər verib.

İlkin müayinədən sonra gəncin meyiti ölümün dəqiq səbəbini müəyyən etmək üçün Məhkəmə Tibb İnstitutunun morquna aparılıb. Polis onun dostlarını evdə saxlayıb və prokurorluğun göstərişi ilə araşdırmalara başlayıb.

İpəkdən yalnız dostları ilə hovuza girməzdən əvvəl çəkdirdiyi foto qalıb.

Digər tərəfdən, polis qruplarının villada apardığı geniş müayinələrdə narkotik və ya silah olmadığı öyrənilib. 18 yaşından kiçik şəxslərin villanı necə kirayə götürdüyü maraq doğurub.