Ermənistanda Qazaxla sərhəddə minaaxtaran minaya düşüb

Ermənistanın Kirants vilayətində minaxtaran minaya düşüb.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, hadisə səhər saatlarında baş verib.

Məlumatda bildirilib ki, nəticədə onun ayağı amputasiya edilib.

Hadisə Azərbaycanla sərhəddəki ərazidə minatəmizləmə işləri zamanı baş verib.

Ölkənin Müdafiə Nazirliyi faktı təsdiqləyib. Hadisə ilə bağlı araşdırma aparılır.