Spiker Moskvadan “əlidolu” qayıtdı? – “Fürsətdən məharətlə istifadə etdik”

 “Qafarovanın çıxışında maraqlarımız tam təmsil olundu”

“Həmçinin münaqişənin həllinə mane olan problemlər qarşı tərəfin diqqətinə çatdırıldı”



Sentyabrın 21-23-də Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdə olub. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində Sahibə Qafarova bir sıra görüşlər keçirib.
Bu gün S.Qafarovanın başçılıq etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasına rəsmi səfəri başa çatıb.



Səfəri “Sherg.az”a şərh edən millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə danışıqların əhəmiyyətini yüksək qiymətləndirib: 

“Fikrimcə, bu, çox uğurlu səfər idi. Milli məclisin sədri S.Qafarovanın çıxışında Azərbaycanın maraqları tam təmsil olundu, dövlətimizin mövqeyi açıqlandı. Həmçinin münaqişənin həllinə mane olan problemlər senatların diqqətinə çatdırıldı.

Eyni zamanda strateji tərəfdaşlığımız, Azərbaycanda Rusiya mədəniyyətinə olan hörmət diqqətə çatdırıldı. Ermənistan rəsmi Moskva ilə hərbi müttəfiq olduğu halda, orada erməni şagirdlərinin rus məktəblərində təhsili qanunla qadağandır. Ölkəmizdə isə, əksinə, hansı dildə olmasından asılı olmayaraq təhsil azaddır.

Ümumiyyətlə, bizim siyasətimiz-qonşularımızla tərəfdaşlığımız məlumdur. Sahibə xanım da görüş zamanı həmin məqamı bir daha bildirdi. Fikrimcə, Rusiya xarici işlər nazirinin dedikləri çox mühüm idi.

Sözügedən səfər Azərbaycanın özünü daha yaxşı tanıtması üçün fürsət idi, biz bundan məharətlə istifadə etdik”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu