"Neqativ düşünənlərin koronavirus testinin pozitiv olma ehtimalı daha yüksəkdir" - Motivator


“Koronavirusa qarşı ən güclü vaksin pozitiv düşüncədir”.

Bu sözləri motivator Sahil Hüseynov deyib. O bildirib ki, neqativ düşünənlərin koronavirus testinin pozitiv olma ehtimalı daha yüksəkdir: “ Pozitiv düşüncə immun sistemini formada saxlayan ən güclü dərmandır. Koronavirusa yoluxsanız belə onu gülərək qarşılayın. Göz yaşı töksəniz və sizi öldürəcəyindən qorxsanız virusun sizi öldürməsinə kömək etmiş olacaqsınız. Yəni ağlayaraq, qorxaraq virusla eyni cəbhədə özünüzə qarşı vuruşacaqsınız.  Sosial məsafə saxlayın, maska taxın və gigiyena qaydalarına əməl edin amma qorxmayın.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu