Zəvvarlara xəbərdarlıq: Peyvənd olunmaq şərtdir

Səudiyyə Ərəbistanı bu il həcc ziyarətinə getmək üçün  koronavirus (Kovid-19) peyvəndi  olmağın şərt olduğunu açıqlayıb.

"Sherg.az" xəbər verir ki, "Ukaz" qəzeti, Səhiyyə Naziri  Tevfik er-Rebianın həcc ziyarətində iştirak etmək istəyənlərin COVİD-19 peyvəndi olması məcburiyyətində olduğunu  və  məlumatı nazirlikdəki səlahiyyətlilərə çatdırdığını bildirib. 

Nazir Rebia, Məkkə, Mədinə və müqəddəs yerlərdə səhiyyə müəssisələrində işləmək üçün səhiyyə işçiləri üçün erkən hazırlıqların başlanılmasını istəyib.
Xəbərdə nazirin zəvvarlar üçün KOVİD-19 komissiyası yaradılmasına əmr verdiyi də qeyd edilib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aygün Tahirqızı Yazarın yazıları
menu
menu