Dünyanın ən böyük buzlağı əriyib, görünməz oldu

Dünyanın ən böyük A68 buzlağı əriyərək yox olub.
Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən böyük buzlağı A68 tamamilə əriyib.
ABŞ Milli Buz Mərkəzi illər öncə dünyanın ən böyük buzlaq dağı kimi tanınan A68-nin parçalara ayrıldığını açıqlamışdı.
 
Antarktidada 2017-ci ildə  təxminən 6000 km2 ərazini əhatə edən A68 buzlağı var idi. ABŞ Milli Buz Mərkəzinin verdiyi açıqlamaya görə, dünyanın ən böyük buzlağı olan A68 buzlağını artıq peyk vasitəsi ilə izləmək mümkün deyil.