Səfirin Trampla bağlı yazışması üzə çıxdı: "ABŞ lideri bacarıqsızdır, biabırçı…"

İngiltərənin ABŞ-dakı səfiri Sir Kim Darrokun prezident Donald Trampın bacarıqsız olduğu və vəzifəsini biabırçı şəkildə sonlandırma riskinin artdığı haqqında raport yazdığı iddia edilib. Sherg.az Türkiyə KİV-ə istinadən bildirir ki, “Daily Mail” qəzeti Darrokun diplomatik yazışmaları olduğunu iddia etdiyi mətnlər yayımlayıb

Xəbərə görə, İngiltərənin Vaşinqtondakı səfiri ABŞ prezidenti haqqındakı diplomatik yazışmalarının birində qeyd edib ki, Tramp idarəçiliyində Ağ evin təsirli siyasət aparmayacağı qənaətində olduğunu deyib. Bununla yanaşı Darrok Trampın mövcud idarəçiliyinin utanc içində sona çatması üçün ortaya nələrinsə çıxacağını yazıb.  Tramp hakimiyyətinin skandallar səbəilə çökəcəyini hesab edən səfir, bütün hallarda İngiltərəni Trampı “silməməyə” çağırış edib.

“Tramp Arnold Şvasneqqer kimi "Terminator"un final səhnəsində yumruq yeyib…"


Diplomat yazışmada qeyd edib ki, ABŞ prezidenti həyatının çoxunu mübahisələrdə keçirir: “Amma Tramp hələlik dik dayanıb. O, Arnold Şvasneqqer kimi “Terminator”un final səhnəsində yumruq yeyib, amma sağ şəkildə alovun içindən çıxa bilir”. ABŞ prezidentinin bir şey söyləyib tamamən tərsini etmək riskinin olduğuna diqqət çəkən Darrok, Trampla əlaqə qurmaq üşün düşüncələrin bəsitləşdirilməsi, hətta hər şeyin açıq şəkildə söylənməsinin gərəkli olduğunu vurğulayıb. 

“Onlara səmimi olmaları üçün pul ödəyirik”


Bu məlumat sızması ilə bağlı danışan İngiltərə Xarici İşlər Nazirliyindən bir rəsmi şəxs deyib ki, ingilis xalqı səfirlərdən nazirlərinə vəzifədə olduqları ölkələrə aid dürüst analiz aparmağı gözləyir: “Səfirlərin baxışları hər zaman nazirlərin və ya hökumətin baxışları anlamına gəlmir. Sadəcə səfirlərə səmimi və dürüst olmaları üçün pul ödəyirik”.
ABŞ-ın İngiltərədəki səfirinin də İngiltərə hakimiyyəti və rəsmiləri haqqında yazışmalarla raport verdiyini deyən XİN rəsmisi qeyd edib ki, iki ölkə xəbər sızmalarına qarşı dayanacaq gücdədirlər. 
Qeyd edək ki, 65 yaşındakı səfir Darrok, Trampın president seçilməsindən 10 ay əvvəl, 2016-cı ilin yanvarında İngiltərənin ABŞ-dakı səfiri postunu tutub.