Qonşular balkondan düşdülər: Evində ölü tapıldı



 Antaliyada fizioterapist kimi çalışan Funda Alacaoğlu (37), evində ölü tapılıb. Hadisə, səhər saatlarında Kəpəz qəsəbəsinin  Çankaya məhəlləsindəki bir binanın C blok giriş mərtəbəsində baş verib. Sherg.az türk mediasına istinadən xəbər verir ki, bir sağlamlıq mərkəzində fizioterapist kimi çalışan Funda Alacaoğludan xəbər ala bilməyən qonşuları, balkon qapısından içəri giriblər. Alacaoğlunu hərəkətsiz halda yataq otağında aşkarlayan qonşuları, vəziyyəti polis və sağlamlıq qruplarına bildirib. Həyatını itirən Alacaoğlunun ürək problemləri olduğu, yalnız yaşadığı ifadə edilib.
Bir müddət əvvəl həyat yoldaşından ayrılan Funda Alacaoğlunun cəsədi  ölüm səbəbinin təyin olunması üçün Antaliya Ədli Tibb Təşkilatı meyitxanasına aparılıb.

Turan