Monitorinq Mərkəzinin bağlanış mərasimi onu göstərdi ki, yüksək səviyyəli əməkdaşlıq sülhə öz töhfəsini verdi.
Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov Ağdamda jurnalistlərə açıqlamasında deyib.
Anar Eyvazov qeyd edib ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə və Rusiya hərbçiləri ilə birgə monitorinqə töhfə verib.
MN sözçüsü qeyd edib ki, Mərkəz 3 ildən artıq regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün fəaliyyət göstərib: “Azərbaycan Silahlı Qüvvələri tərəfindən uğurla aparılan antiterror əməliyyatları nəticəsində Azərbaycan ərazisində olan erməni silahlı qüvvələrinin qalıqları ərazimizi tərk etdi. Azərbaycan Qarabağ iqtisadi rayonunda öz nəzarətini bərqərar etdi. Bununla da Türkiyə və Rusiya birgə monitorinq mərkəzi fəaliyyəti bitirmiş oldu".