İşğaldan azad olunan Xocavənd rayonu ərazisinə dislokasiya edilən DİN-in Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
DİN-in Mətbuat Xidmətindən “Sherg.az”a bildirilib ki, 21 yaşlı MAXE Xanlar Əhmədova bir neçə gün göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün vəfat edib.
Araşdırma aparılır.
Qeyd edək ki, xidmətdə müsbət xarakterizə olunan Xanlar Əhmədov əsgər kimi Daxili Qoşunlarda xidmət edib, sonra onun istəyi nəzərə alınaraq müddətdən artıq hərbi qulluqçu kimi Daxili Qoşunlarda xidmətini davam etdirib.