Dələduzluğa görə axtarışda olan beş nəfər saxlanılıb

Ötən gün dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılıb.

Bu haqda DİN-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının iyulun 15-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.