“Azərbaycan Rusiya və NATO ilə balanslaşdırılmış siyasət yürütməyi bacarır”


“Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır və ikitərəfli əməkdaşlığın gündəliyi geniş xarakter daşıyır”.

Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Kənan Paşayev deyib. 

Analitik vurğulayıb ki, əvvəlki illərdə də iki tərəf arasında danışıqlar məhz Bakı şəhərində keçirilib


“Azərbaycan Respublikası, xüsusilə Bakı şəhəri regionun diplomatik paytaxtı sayılır. 

Bakı humanitar, dayanıqlı inkişaf, multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoq, enerji və digər məsələlərin müzakirəsi üçün beynəlxalq məkandır. 

Paytaxtımız qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji dialoq platforması rolunu da oynayır”. 

Politoloq bildirib ki, Azərbaycan həm Rusiya, həm də NATO ilə balanslaşdırılmış siyasət yürütməyi bacarır

“Hər iki tərəfin də maraqlarını qorumağa qadir olan yeganə ölkə Azərbaycandır. Bu səbəbdən NATO ilə Rusiya arasında danışıqların aparılması üçün Bakı ən ideal şəhərdir”.