“Keşikçi qala” sərhəd məntəqəsində baş vermiş məlum hadisə ilə bağlı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a açıqlama verib.
Açıqlamada deyilir:
-İyulun 14-də “Keşikçi qala” sərhəd məntəqəsində bir qrup Gürcüstan vətəndaşı tərəfindən Azərbaycanın sərhəd növbətçi dəstəsinə qarşı insident törədilib. Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində insident aradan qaldırılıb və ərazidə təhlükəsizlik təmin edilib.
Qeyd etməliyik ki, ümumiyyətlə, son aylar ərzində Azərbaycan və Gürcüstan arasında strateji münasibətlərin ruhuna tamamilə zidd olan bu tipli təxribatların artan xətt üzrə inkişafı müəyyən suallar doğurmaya bilməz. Artıq hər iki tərəfin ekspertləri səviyyəsində müzakirələrdə belə fikirlər səslənir ki, görünür, iki qonşu dövlət arasında formalaşmış dostluq, strateji tərəfdaşlıq münasibətləri kimlərisə ciddi narahat edir və bu ölkələri, onların xalqlarını qarşı-qarşıya qoymağa çalışan qüvvələr var. Müzakirələrdə bu qüvvələrin kimliyi barədə də müəyyən fikirlər səsləndirilir.
Şübhəsiz, Azərbaycan sərhədçilərinə qarşı törədilən son təxribat dövlətlər arasındakı münasibətlərə birbaşa zərbə vurmaq məqsədi daşıyır və ona görə də hər iki ölkənin müvafiq qurumları ciddi araşdırmalar aparmalı, bu təxribatı törədən qüvvələri müəyyən edərək onlara qarşı təsirli tədbirlər görməli idilər. Artıq Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub, ondan məsələ ilə bağlı müvafiq izahat istənilib. Gürcüstan Xarici İşlər Nazirliyi də hadisəni pisləyən açıqlama ilə çıxış edib və bu istiqamətdə ciddi araşdırmalar apararaq günahkarların məsuliyyətə cəlb ediləcəyinə söz verib.
Əlbəttə, biz əminik ki, Azərbaycan və gürcü xalqları bundan sonra da belə məqamlarda təmkinlə, müdrikcəsinə davranaraq emosiyalara meydan verməyəcək, müvafiq rəsmi instansiyalar isə prinsipial şəkildə bu hadisələrin törədilməsində, iki dost ölkə arasında münasibətlərin gərginləşdirilməsində maraqlı olan qüvvələri, şəxsləri aşkarlayaraq cəzalandırılmasını təmin edəcəklər. Qaranlıq dairələrin dövlətlərarası münasibətlər müstəvisində söz sahibinə çevrilməsinə imkan vermək olmaz və belə cəhdlərə birdəfəlik son qoyulmalıdır.
Bununla yanaşı, təəssüflə qeyd edilməlidir ki, baş verən hadisələrdə böyük güclərin geosiyasi maraqları və onların daxili siyasi qüvvələrlə manipulyasiya cəhdləri özünü aydın büruzə verir. Həmçinin istər Gürcüstanda, istərsə də Azərbaycanda əsasən xarici təsir altında olan bəzi maraqlı siyasi qruplar baş vermiş insidentdən yararlanmağa və hakimiyyət uğrunda mübarizədə belə həssas məqamlardan istifadə etməyə çalışırlar. Görünən odur ki, bəhs olunan qruplar mövcud vəziyyətdən bəhrələnmək istəyən üçüncü tərəflərin tarixi-dini stereotiplərlə manipulyasiyası üçün açıqdırlar və bəzən də bilərəkdən xarici təsir üçün könüllü alət rolunu oynayırlar. Biz əvvəllər də ölkəmizin strateji maraqlarına qarşı “beşinci kolon”un imkanlarından istifadə cəhdlərini ifşa etmişik və buna yol verməmək zərurəti haqqında danışanda məhz belə halları nəzərdə tuturuq.
Qafqazda yeni münaqişə ocağı yaratmaq istəyənlərin diplomatik münasibətləri pozmaq, silaha sarılmaq kimi təxribatçı bəyanatları artıq xeyli vaxtdır ki, eşidilməkdədir. Məqsəd, əlbəttə ki, Cənubi Qafqazda yeni münaqişə ocağı alovlandırmaq yolu ilə öz ambisiyalarını Azərbaycana və Gürcüstana qəbul etdirməkdən ibarətdir. Bunun üçün onlar bir tərəfdən Gürcüstanda daxili siyasi çəkişmələri qızışdırmağa, o biri tərəfdən Azərbaycanda daxili radikal qrupların bu ölkədəki proseslərlə bağlı təxribatçı çağırışlarını təşkil etməklə iki dost ölkə arasında mili-vətəndaş ehtiraslarını qızışdırmaq və bu fonda qarşıdurma yaratmağa can atırlar.
Lakin onlara 2015-ci ildə Türkiyə ilə Rusiya arasında az qala qarşıdurmaya səbəb olmuş təyyarə insidentini xatırlatmaqla böyük diplomatik qalmaqaldan tərəflərin necə müdrikcəsinə çıxması nümunəsini xatırlatmaq istərdik. Həmin dövrdə də hər iki tərəfdə münasibətləri hərb meydanında ayırd etməyə çağırışlar olunurdu. Lakin Moskva və Ankara təxribata getmədilər, məsələnin kökünü araşdırdılar, günahkarlar tapıldı və ciddi fəsadlar vəd edən insident aradan qaldırıldı.
Buna görə də Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdırlar. İndi emosional çağırışlar, impulsiv davranış deyil, təmkin və müdriklik nümayiş etdirməyin zamanıdır.
Azərbaycan sərhədlərinin demarkasiya və delimitasiyası ilə bağlı müzakirələr yalnız Gürcüstanla aparılmır. Tarixə nəzər salsaq görərik ki, bu məsələdə insident yaşanan yeganə sərhəd xətti də son hadisənin baş verdiyi “Şəmkir” sərhəd dəstəsinin ərazisi olmayıb. Amma Azərbaycan ictimaiyyəti onu da çox gözəl bilir ki, mübahisələr, insidentlər zamanı bizim diplomatlarımız və sərhədçilərimiz bəzən ağır, yorucu görünən müzakirələrdə heç vaxt təmkinlərini itirməyiblər, milli maraqlarımızı əzmlə, peşəkarlıqla qoruyublar, Azərbaycanın haqlı mövqeyindən zərrə qədər də geri addım atmayıblar və bundan sonra da belə olacaq.
Müdrik gürcü və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin çox dərin tarixi kökləri var, indiyə qədər bu xalqları qarşı-qarşıya qoymaq, ədavətə sövq etmək kimsəyə müyəssər olmayıb. Münasibətlərimizin tarixi təcrübəsi göstərir ki, bizim talelərimiz də xeyli dərəcədə oxşar və bir-birinə bağlıdır. Bu tarixi təcrübə bizi qarşı duran tərəflər deyil, tərəfdaş olmağı, müstəqilliyimizi birlikdə qorumağı, sivil dünyaya birlikdə inteqrasiya etməyi öyrədir. Biz iqtisadi sahədə uğurlu əməkdaşlıq nümunəsini ortaya qoymaqla, hər iki ölkəyə böyük dividendlər gətirən mühüm enerji və nəqliyyat layihələrini reallaşdırmaqla fəal tərəfdaşlığın ən bariz nümunəsini bütün dünyaya nümayiş etdirmişik.
Ölkələrimiz üçün taleyüklü məqamlarda dost dəstəyinin, bu dostluğa sadiqliyin hansı anlama gəldiyini əməli işimizlə göstərmişik. Əminik ki, bundan sonra da dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək.
Radikal mövqe tutaraq xalqları, dövlətləri təxribata çəkmək, bir-birinə qarşı qoymaq meyilləri müdriklik, əsrlərin sınağından çıxmış qarşılıqlı etimad mühiti qarşısında məğlub olacaq və regionumuzun yeni reallıqlarını unudaraq orta əsrlərin xiffətini çəkənlərin ekstremist təşəbbüsləri iflasa uğrayacaq.
Əli Həsənov:"Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdırlar"
19:09 16.07.2019
Gündəm
679
Oxşar xəbərlər
Xəbər lenti
İraq Kürdüstanında qaz yatağı atəşə tutulub
23:43 26.04.2024
Dünya
Ursula Fon der Lyayen COP29-a dəvət olunub
23:34 26.04.2024
Dünya
Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət
22:49 26.04.2024
Gündəm
Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan
22:30 26.04.2024
Siyasət
Rusiyadan miqrantlarla bağlı açıqlama
21:57 26.04.2024
Dünya
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
21:36 26.04.2024
Dünya
Sahibə Qafarova Andrija Mandiç ilə görüşüb
21:24 26.04.2024
Siyasət
İlham Əliyevin Almaniya səfəri yekunlaşdı
21:01 26.04.2024
Gündəm
Berlin Bakı-İrəvan danışıqlarına vasitəçi olmağa yaxındır- Aktual
20:46 26.04.2024
Gündəm
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
20:35 26.04.2024
Siyasət
Çin ABŞ-ni "qırmızı xətt"i keçməməyə çağırıb
20:28 26.04.2024
Dünya
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:12 26.04.2024
Gündəm
Berlin mövcud sülh gündəliyini bəyənir - TƏHLİL
20:12 26.04.2024
Gündəm
Əliyevin BƏƏ rəsmisi ilə görüşü keçirilib
20:02 26.04.2024
Gündəm
Ərdoğan Niderland Baş naziri ilə görüşüb
19:11 26.04.2024
Dünya
Ermənistanın gələcəyini Azərbaycan həll edəcək - Politoloq
19:03 26.04.2024
Siyasət
Dünya qastroenteroloqlarının XX beynəlxalq konqresi işə başlayıb
18:59 26.04.2024
Gündəm
İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb
18:23 26.04.2024
Siyasət
İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təklifləri alıb
İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təklifləri alıb
17:51 26.04.2024
Aktual
ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi
17:39 26.04.2024
Dünya