Alimlər istiləşmənin son iki minillikdə ən yüksək səviyyəyə çatdığını bildiriblər
Yer kürəsində istiləşmənin səviyyəsi son iki minillikdə ən yüksək səviyyəyə çatıb, temperaturun artması isə dünyanın daha çox regionlarını əhatə edib. AZƏRTAC Nature и Nature Geoscience nəşrinə istinadla xəbər verir ki, İsveçrənin Bern Universitetinin alimləri bu qənaətə gəliblər.
Jurnalda dərc olunmuş hesabatda deyilir ki, planetimizin tarixində bir neçə dəfə soyuma və istiləşmə prosesləri olub. Xüsusən, kiçik buz dövrü təxminən 1300-cü ildən 1850-ci ilədək davam edib. Köhnə qitədə daha çox müşahidə olunan həmin dövrdə havanın kəskin soyuması həmin illərin rəssamlarının əsərlərində də öz əksini tapıb. Elm sübut edib ki, kiçik buz dövrünün yaranma səbəbi X-XIII əsrlərdə mülayim və isti havaların hökm sürməsi olub.
Professor Rafael Nyukomun rəhbərliyi ilə Bern Universitetinin tədqiqat qrupu belə qənaətə gəlib ki, son iki min ildə Yer kürəsində eyni vaxtda bütün regionlarda istiləşmə və ya soyuma müşahidə olunmayıb. “Əlbəttə, kiçik buz dövründə bütün dünyada ən soyuq temperatur qeydə alınıb, lakin bu, heç də hər yerdə və eyni vaxtda olmayıb. Torpağın, mərcanların və buzlaqların tədqiqi göstərib ki, həmin dövrdə Yer kürəsində havanın temperaturu müxtəlif regionlarda müxtəlif cür olub. Tədqiqatçılar bildirirlər ki, hazırda tamamilə fərqli iqlim dəyişikliyi müşahidə olunur və bu, son iki min il ərzində olduğuna bənzəmir. Onların qənaətinə görə, XX əsr son iyirmi əsrin ən isti dövrü olub. “Bu, Yerin səthinin 98 faizində qeydə alınıb və göstərir ki, iqlim dəyişikliyi heç də təsadüfi amillərlə bağlı deyil. Bu fəsadlar karbon qazının və digər qazların emissiyası ilə əlaqədardır. İndi bütün planetdə istiləşmə müşahidə olunur, qlobal iqlimin dəyişməsi tempi isə heç bir vaxt bu qədər yüksək olmayıb”, - deyə alimlər vurğulayıblar.
Qlobal iqlimin dəyişməsi tempi heç bir vaxt bu qədər yüksək olmayıb - Alimlər açıqladı
13:07 26.07.2019
Gündəm
612
Oxşar xəbərlər
Xəbər lenti
İraq Kürdüstanında qaz yatağı atəşə tutulub
23:43 26.04.2024
Dünya
Ursula Fon der Lyayen COP29-a dəvət olunub
23:34 26.04.2024
Dünya
Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət
22:49 26.04.2024
Gündəm
Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan
22:30 26.04.2024
Siyasət
Rusiyadan miqrantlarla bağlı açıqlama
21:57 26.04.2024
Dünya
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
21:36 26.04.2024
Dünya
Sahibə Qafarova Andrija Mandiç ilə görüşüb
21:24 26.04.2024
Siyasət
İlham Əliyevin Almaniya səfəri yekunlaşdı
21:01 26.04.2024
Gündəm
Berlin Bakı-İrəvan danışıqlarına vasitəçi olmağa yaxındır- Aktual
20:46 26.04.2024
Gündəm
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər
20:35 26.04.2024
Siyasət
Çin ABŞ-ni "qırmızı xətt"i keçməməyə çağırıb
20:28 26.04.2024
Dünya
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:12 26.04.2024
Gündəm
Berlin mövcud sülh gündəliyini bəyənir - TƏHLİL
20:12 26.04.2024
Gündəm
Əliyevin BƏƏ rəsmisi ilə görüşü keçirilib
20:02 26.04.2024
Gündəm
Ərdoğan Niderland Baş naziri ilə görüşüb
19:11 26.04.2024
Dünya
Ermənistanın gələcəyini Azərbaycan həll edəcək - Politoloq
19:03 26.04.2024
Siyasət
Dünya qastroenteroloqlarının XX beynəlxalq konqresi işə başlayıb
18:59 26.04.2024
Gündəm
İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb
18:23 26.04.2024
Siyasət
İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təklifləri alıb
İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təklifləri alıb
17:51 26.04.2024
Aktual
ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi
17:39 26.04.2024
Dünya