Sizin də başınıza gələ bilər: Ölümdən döndü


Türkiyənin  Bursa şəhərinin İnegöl qəsəbəsində Hamza K.ın (3) boğazında qalan 1 lirə xəstəxanada əməliyyatla çıxarılıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Süleymaniyə məhəlləsində yaşayan Mövlut və Aypara K. cütlüyünün oğulları Hamza, salonda tapdığı 1 lirəlik qəpiyi ağızına alıb. Ancaq qəpik  uşağın boğazında qalıb. Həmzə dərhal xəstəxanaya aparılıb. Burada ilkin müdaxilədən sonra Dörtçelik uşaq xəstəxanasına çatdırılıb.Əməliyyatla uşağın boğazındakı qəpik çıxarılıb. Hazırda Hamzanın sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir.
Turan