Avqustun 19-dan vakansiya seçiminə başlanılacaq


Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrindətəlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçıvəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin vakansiya mərhələsinə avqustun 19-dan start veriləcək.

İdarədən Lent.az -a verilən məlumata görə, müsabiqənin test imtahanı mərhələsində keçid balından yüksək nəticə göstərən namizədləravqustun 23-ü saat 23:59:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Hər bir namizədə 5 yer seçmək hüququ verilir.

Namizədlər arzu etdikləri vakansiyaları seçdikdən sonra müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsi avqust ayının 26-dan başlayacaq.

Qeyd edək ki, BŞTİ tərəfindənümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinəişə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsində iştirak edən 1655 namizəddən 555 nəfəri keçid balından yüksək nəticə göstərib.