Robert Koçaryan həbsdən buraxılmadı


Bu gün Yerevan məhkəməsində Ermənistanın sabiq prezidenti Robert Koçaryanın məhkəməsi keçirilib.
APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, məhkəmə sabiq prezidenti həbsdə saxlayıb.
Qeyd edək ki, sentyabrın 7-də R. Koçaryanın vəkilləri müdafiə etdikləri şəxsin azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət ediblər.
Xatırladaq ki, 2018-ci il iyulun 26-da Ermənistan İstintaq Xidməti 2008-ci il martın 1-də keçirilmiş aksiyanın dağıdılması ilə əlaqədar başladılmış cinayət işi çərçivəsində Robert Koçaryana qarşı konstitusiya quruluşunun pozulmasına dair ittiham irəli sürüb. Bir gün sonra keçmiş prezident həbs olunub. Bu ilin mayında Robert Koçaryan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin zaminliyi ilə azadlığa buraxılıb. Bundan sonra Ermənistanın Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Koçaryanın həbsi ilə bağlı qərar qəbul edib.
O həmçinin böyük məbləğdə rüşvət almaqda ittiham edilir.