Sorosun yalı, “Freedom House”un yalani



Azərbaycana qarşı hər zaman qərəzli və qeyri-obyektiv mövqe nümayiş etdirən qeyri-hökumət təşkilatları arasında “Freedom House” təşkilatı bir qayda olaraq ön sırada gedir. Bu təşkilat ənənəvi olaraq, öz hesabatlarında Azərbaycanla bağlı həqiqəti əks etdirməyən məlumatlara, məqamlara daha çox və geniş yer verir və bununla da ölkəmizə qarşı qərəzli mövqe tutan, ölkəmizin dünyadakı artan nüfuzuna və imicinə qısqanc yanaşan, uğurlarımızı, nailiyyətlərimizi gözü götürməyən dairələrin, beynəlxalq qeyri-hökumət təşkilatlarının mövqeyini ifadə etmiş olur. Həmin qüvvələr isə hər vəchlə Azərbaycan dövlətini dünya birliyinin, beynəlxalq ictimaiyyətin gözündən salmağa, onun nüfuzuna, imicinə zərbə vurmağa çalışanlardır.

İnsan haqlarının müdafiəsi adı altında gizlənən bu təşkilat, əslində öz məkrli fəaliyyəti ilə insan hüquqlarının aliliyi prinsipinin, insanların təhlükəsiz yaşamaq hüququnun təmin edilməsinə böyük zərbə vurur. 

Ancaq erməni lobbisinin maraqlarına xidmət göstərən bu üzdəniraq QHT növbəti “hesabat”ını hazırlayıb. Bu dəfə də ənənədən kənara çıxmayıb.
Və yenə də məlum olur ki, Sorosun yalı ilə dolanan “Freedom House”un Azərbaycanın milli maraqlarına zidd hesabatlarının arxasında bəzi ölkələr dayanır. O da məlumdur ki, “Freedom House” ölkəmizdə ayrı-ayrı “hüquq müdafiəçiləri” və müxalifət partiyaları ilə əlaqə saxlayır, onların verdiyi yalan məlumatlarla hesabatlarını doldurular.

Bu dəfəki hədəf isə Azərbaycan mediasıdır. Sən demə, Azərbaycanda məhkəmələr tənqidçi jurnalistləri susdurur. Təşkilat ABŞ-da çalışan Sevinc Osmanqızı və "reallıq.info” saytının həbsdə olan baş redaktoru İkram Rəhimovun işlərinə də toxunub.


Qərəzə baxın; bu üzdəniraq qurum, reketlik etdiyi nəinki məhkəmə istintaqına, Azərbaycan mediasında hər kəsə məlum olan İkram Rəhimovun guya prezidentin köməkçisi Əli Həsənovu tənqid etdikdən sonra həbs edildiyini deyir. Rəhimov Azərbaycanda son illərdə siyasi motivli ittihamlarla həbsə salınan jurnalistlər sırasındadır.
Rəhimovun hansı maddələrlə mühakimə edildiyi Sorosun bul qulbeçələrinə başa salmaq gərəkdir. Rəhimov İkram Rafiq oğlunun həbsinə səbəb tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər "reket” informasiya saytları yaradaraq, müntəzəm şəkildə ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici, böhtan xarakterli məlumatlar yayması, bu qəbil materialların yayımın dayandırılması müqabilində pul tələb etməsi, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplamasıdır. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələbetmə) maddəsi ilə təqsirli bilinib ,5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu yalan və qərəz ruporunun menyüsünə bir fakt. Dünən Bakı Apellyasiya Məhkəməsi humanizm nümayiş etdirərək, İkram Rəhimovun həbs cəzasını 5 il 6 aydan 3 ilə endirib. 

Daha bunun harası oldu Azərbaycanda məhkəmələr tənqidçi jurnalistləri susdurması? Nəzərə alsaq ki, Rəhimov jurnalistikayla yox, reketliklə məşğul olub.
ABŞ-da yaşayıb özü oxuyub özü oynayan Sevinc Osmanqızına Azərbaycan məhkəmələrinin təzyiqi isə, ümumiyyətlə absurddan da o yanadır.

Görünür, “Freedom House”un başında duranlarda məntiq bir yana, ağıl da gedib. Allah ağıl versin!

Səbuhi Məmmədli