Gürcüstan parlamenti qarşısında mitinq genişlənib


 

Gürcüstan parlamenti qarşısında keçirilən mitinqin miqyası genişlənib. 

APA-nın yerli bürosu xəbər verir ki, mitinq keçirilən ərazidə etirazçıların sayının artması səbəbi ilə Rustaveli prospektinin bir hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. 

Müxalif "Vahid Milli Hərəkat" partiyasının təşkilatçılığı ilə keçirilən mitinqə "Avropalı Gürcüstan" partiyası da qoşulub. Mitinqdə "Ayıbdır" və "Birlikdə bir nəfərə qarşı" şüarları səsləndirilir. İştirakçılar "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişvilinin qaydalarının sona çatmalı olduğunu və hər kəsin bu ideya ətrafında birləşməli olduğunu deyirlər.