“Ermənistan yenə cəfəng məlumatlar yayır” – Millət vəkili 


Dünən əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu cəhbədə düşmən gülləsinə tuş gəlib. 
Əsgərimiz cəbhəboyu zonada yerləşən hərbi hissədə yolu azıb. Nəticədə düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.

Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə məlumatlar yayılıb. Düşmən tərəf dəfələrlə bu cür sərsəm və yanlış bəyanatlar yayır. Səbəb isə ictimaiyyətdə qıcıq yaratmaqdır.



Baş verənləri “Sherg.az”a şərh edən millət vəkili Elman Məmmədov bildirib ki, hər zaman olduğu kimi Ermənistan yenə heç bir həqiqətə uyğun olmayan məlumatlar yayır:

“Məqsəd cəmiyyəti çaş-baş salmaqdır. Daha dəqiq və düzgün məlumatı yalnız Azərbaycan Müdafiə Nazirliyi verə bilər. Yerdə qalanlar və düşmən tərəf nə deyirsə desin, bunların hamısı, sadəcə, cəfəngiyatdır.

Ermənistan tərəfi baş verənləri təxribat adlandıraraq məsələni öz üzərindən atmaq istəyir. Amma bu, həqiqətə uyğun deyil”.