Bakıda avtobus piyadanı vurdu - FOTO

Bu gün saat 11:15 radələrində paytaxtın “Babək” prospekti ilə “Qara Qarayev” prospektinin kəsişməsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

50 saylı marşrut xətti ilə hərəkət edən avtobus yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçərkən avtobus tərəfindən vurulub.

Avtobus “Babək” prospekti dönmə əməliyyatı edərkən piyada avtobusun önündən keçməyə çalışıb. Nəticədə avtobus piyadanı vurub. Piyada 60-65 yaşlı kişidir. Başından ağır xəsarət almış piyada bir neçə dəqiqə asfaltda uzanıqlı vəziyyətdə qalıb. Hadisə “Səhhət” klinikasının yaxınlığında baş verdiyindən sərnişinlər və ətrafdakı vətəndaşlar kilinikadan təcili yardım çağırıblar.

Piyada tibbi yardım göstərilmək üçün xərəkdə klinikaya aparılıb. Ekspertlərsə bildirir ki, dönmə əməliyyatı etdiyindən avtobusun sürəti azalıb.

Belə olmasaydı, bəlkə piyada hadisə yerində keçinəcəkdi. Bu hadisə piyadaların yol-hərəkəti qaydalarına riayət etməli olduğunu, yolu piyada keçidi, yaxud da yaxınlıqdakı yeraltı keçiddən keçməli olduğunu bir daha göstərir.