Dronlar bu işə də yarayırmış - Sifariş verilmiş mallar 10 dəqiqə ərzində çatdırılır

22 min nəfərdən çox əhalisi olan Kristisburq şəhərin Virciniya ştatında pilotsuz təyyarələrdən istifadə edərək cürbəcür mallar çatdırılmağa başlayıblar.
"Sherg.az" Trend-ə istinadən bildirir ki, parkların birində təxminən 12 pilotsuz uçuş aparatı xidmətləri həyata keçirir.

Qeyd edək ki, layihəyə qoşulan pərakəndə satış şəbəkələrindən biri dərman, qəlyanaltı və içkilərin siyahısını kimi malların çatdırılması ile meşquldur. Sifariş verilmiş mallar 10 dəqiqə ərzində çatdırılır.