Rihanna 10 ildən sonra ilk dəfə profil şəklini dəyişib

Lakin müğənninin pərəstişkarları bu addıma görə onu tənqid ediblər

Keçən il Forbes jurnalının “Ən Güclü Qadınlar” siyahısına daxil edilən barbadoslu müğənni Rihanna həm musiqi karyerasında, həm də iş dünyasındakı uğurları ilə tanınır.
Sherg.az xəbər verir ki, məşhur müğənni indi də sosial media hesabında etdiyi dəyişikliklə gündəmə gəlib.

Rihanna 2014-cü ildən "badgalriri" adlı İnstaqram hesabında eyni profil şəklini istifadə edir.

10 ildən sonra ilk dəfə şəklini dəyişən müğənninin yeni profil fotosunda müğənninin Fenty brendinin məhsulu yer alıb.

Adətən, məşhur adlar sosial media hesablarındakı bütün yazıları silir, profil şəklini dəyişir və ya yeni film və ya albomdan əvvəl hər kəsi izləmədən çıxarır.
Ancaq bu dəyişikliyin yeni albomla heç bir əlaqəsi olmadığı düşünülür.

İllərdir pərəstişkarlarının albom çıxarması üçün yalvardığı Rihanna, deyəsən, brendinin yeni məhsulunu tanıtmaq üçün profil şəklini dəyişib.
Lakin müğənninin pərəstişkarları Rihannanı sırf brendini tanıtmaq üçün profil şəklini dəyişdiyinə görə tənqid ediblər.
Rihanna qısa müddət sonra köhnə profil fotosundan istifadə etməyə davam edib.
Rihanna ABŞ-ın ən gənc milyarder qadını kimi tanınır. Müğənninin ümumi sərvəti 1,4 milyard dollar qiymətləndirilir. Müğənni bu sərvətin böyük hissəsini gözəllik sənayesindəki uğurlarına borcludur. Müğənni illər sonra ilk dəfə Hindistanda keçirilən toyda səhnəyə çıxıb.