5 gün əvvəl meyiti tapılanın şəxsiyyəti müəyyənləşdi

Bakıda 5 gün qabaq meyiti tapılan şəxsin kimliyi məlum olub.

APA -nın məlumatına görə, oktyabrın 17-də paytaxtın Nizami rayonu ərazisində kişi meyiti tapılıb. Aparılan araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Nərimanov rayon sakini, 59 yaşlı Adil Məmməd oğlu Qasımov müəyyən edilib.