Tovuzda dəhşətli qəza: Marşrutla minik avtomobili toqquşdu

Tovuz rayonunda ağır yol qəzası qeydə alınıb.  Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Öysüzlü kəndində baş verib.  

Sərnişindaşıma ilə məşğul olan mirkoavtobusla 1966-cı il təvəllüdlü Quliyev Sutanəli Tapdıq oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub.  

Qəza nəticəsində “VAZ 2107” markalı avtomobilin sərnişini, 1998-ci il təvəllüdlü Qarayev İsmət Şükür oğlu ölüb.  

Mikroavtobusda olan sərnişinlərdən isə xəsarət alanlar var. Şahidlərin ifadəsinə əsasən, qəza anında mikroavtobusda 10-dan artıq sərnişin olub.  

Minik avtomobilinin sürücüsü, Yuxarı Öysüzlü kənd sakini Ağayev Qədim Nüsrət oğlu (1997) və mikroavtobusun sürücüsü, Əlibəyli kənd sakini, 1966-cı il təvəllüdlü Quliyev Sultanəli Tapdıq oğlu yaralanıb. Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Xəsarət alan sərnişin, 2005-ci il təvəllüdlü Məmmədova Sunay Məqsəd qızı isə vəziyyəti ağır olduğu üçün Qazax rayonuna göndərilib. 

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.