Xınalıq və Qırız kəndlərinə 14 sm qar yağıb

Temperatur mənfi 10 dərəcəyədək enib 

Şimal bölgəsinin yüksək dağlıq yaşayış məntəqələrinə qar yağıb

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın Xınalıq və Qırız kəndlərində qarın hündürlüyü 14 sm çatıb.

Qrızda temperatur mənfi 10 dərəcə, Xınalıq da  isə mənfi 9 dərəcəyədək enib. 

Qusarın Ləzə kəndində qarın hündürlüyü 10 sm, temperatur isə mənfi 10 dərəcə olub.