Ermənistanla İran arasında enerji sahəsində əməkdaşlıq... 

Ermənistanla İran arasında enerji sahəsində əməkdaşlıq güclənir.
İran İslam Respublikasının neft naziri Bijan Namdar Zəngənə və Ermənistanın İdarəetmə və Ərazi İnfrastruktur naziri Suren Papikyan 3 noyabrda baş tutan görüşdə bu iki ölkə arasında təbii qaz, elektrik enerjisi mübadiləsi məsələsinin müzakirəsini gündəliyə salıblar. 

“Sherg.az” “armenews.com”a istinadən xəbər verir ki, görüş zamanı nazirlər xatırladıblar ki, ki, enerji sektoru İrəvan və Tehran arasında münaisbət yaradan və bu əlaqələri gücləndirən əsas sahədir. 
İranlı nazir Bijan Namdar Zəngənə vurğulayıb ki, İran qazı və elektrik enerjisinin Ermənistana ixracı ikitərəfli əlaqələrin güclənməsinə xidmət edir. 2004-cü ildə İranla Ermənistan arasında bu sahədə razılaşma əldə olunub. Razlaşma ilkin mərhələdə 20 il müddətinə davam etməlidir.

Ermənistan 2009-cu ildən İrandan təbii qaz alır. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiya İran –Ermənistan əməkdaşlığına çox az təsir göstərir